Azərbaycanda əsgərlər ilk dəfə belə and içdilər FOTO


Digərləri 09 Avq 2020 17:27:00 201 0

Azərbaycanda əsgərlər ilk dəfə belə and içdilər  FOTO

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Son.az xəbər verir ki, əsgərlər koronavirus təhlükəsi səbəbi ilə ilk dəfə tibbi maska taxmaqla and içiblər. Müdafiə Naziliyi valideynlərin mərasimdə iştirakına imkan verməyib.