“Köln” klubunun iki futbolçusu koronavirusa yoluxub


Dünya 09 Avq 2020 17:13:00 156 0

“Köln” klubunun iki futbolçusu koronavirusa yoluxub

Almaniyanın "Köln" klubunun iki futbolçusu koronavirusa yoluxub.

Son.az apasport.az-a istinadən bildirir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, koronavirus testləri əsas komandanın iki üzvündə müsbət nəticə verib. Bundesliqa təmsilçisinin adları açıqlanmayan hər iki oyunçusu karantinə göndərilib.

Ehtiyat tədbiri olaraq klubun U-16-dan U-19-a qədər olan bütün komandalarının məşqlərini dayandırılıb. Çünki akademiyanın oyunçularından biri yoluxan futbolçularla təmasda olub.