Bill Geyts “TikTok” anlaşmasını “içi zəhər dolu stəkana” bənzətdi


Dünya 09 Avq 2020 16:36:00 163 0

Bill Geyts “TikTok” anlaşmasını “içi zəhər dolu stəkana” bənzətdi

"Microsoft" şirkətinin təsisçisi Bill Geyts vaxtilə sahibi olduğu şirkətin Çin mənşəli "TikTok" mobil əlavəsini almaqla bağlı proses barədə danışıb. 

Son.az musavat.com-a istinadən bildirir ki, o, bununla bağlı "Wired" jurnalına müsahibə verib.

Amerikalı milyarder, ümumiyyətlə, "TikTok"un alınması ilə bağlı rəsmi Vaşinqtonun zorla təlqin etdirmək istədiyi prinsipləri "qəribə" adlandırıb.

Bill Geytsin fikrincə, əgər "Microsoft" bütün hallarda müqavilə imzalasa, bunu prezident Donald Trampın istədiyi şərtlər altında həyata keçirməli olacaq. Bunlardan biri də ABŞ Maliyyə Nazirliyinin həmin sazişdə tərəf kimi iştirak etməsidir. 

"Belə olan halda, saziş içi zəhərlə dolu stəkana bənzəyəcək. Ona görə də irəlidə nə baş verəcəyini görmək çətindir", - deyə, o söyləyib.