“TurAZ Qartalı 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir


Siyasət 09 Avq 2020 16:10:00 177 0

“TurAZ Qartalı  2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2020" birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, tam hazır vəziyyətə gətirilən helikopterlərin təlim ərazisində nümunəvi təlim uçuşları keçirilib.

Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.