Meksikada koronavirusdan ölənlərin sayı 51 mini ötüb


Dünya 09 Avq 2020 14:26:00 158 0

Meksikada koronavirusdan ölənlərin sayı 51 mini ötüb

Meksikada daha 6 717 nəfər yeni növ koronavirusa yoluxub.

Son.az musavat.com-a istinadən bildirir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 469 mini keçib.

Ölənlərin sayı son sutkada 794 nəfər artaraq 51 min 311 olub.

Müalicə alaraq sağalan 313 min 386 pasiyent xəstəxanalardan evə buraxılıb.