Aysel Şükürova ərindən ayrıldı


Digərləri 09 Avq 2020 12:10:00 265 0

Aysel Şükürova ərindən ayrıldı

400 min manatlıq toy etməsi ilə gündəmə gələn tanınmış bloger Aysel Şükürova ikinci dəfə boşanır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, A.Şükürova əri Oqtay Əhmədovdan ayrılıb və artıq rəsmi boşanma üçün məhkəməyə müraciət edib. 

O, "Instagram"dakı 1,1 milyonluq profilindən əri ilə birgə olan bütün fotolarını silib. 

Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Q.Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.