Gürcüstanda 9 yeni yoluxma...


Dünya 09 Avq 2020 12:03:00 147 0

Gürcüstanda 9 yeni yoluxma...

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 9 yoluxma halı qeydə alınıb. 

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1225 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 7068 nəfər karantində saxlanılır, 250 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1000 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.