Azərbaycanda ağır qəza: Mikroavtobusla "VAZ" toqquşdu, avtomobil alışdı


Digərləri 09 Avq 2020 11:11:00 164 0

Azərbaycanda ağır qəza: Mikroavtobusla "VAZ" toqquşdu, avtomobil alışdı

Qax rayonunun Ləkit kəndində "VAZ" markalı minik avtomobili və "Mercedes" markalı mikroavtobus toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nəticədə "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.