Dənizdə 5 nəfər xilas olundu


Digərləri 09 Avq 2020 10:38:00 205 0

Dənizdə 5 nəfər xilas olundu

Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, ötən gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran-1, Bilgəh, Mərdəkan, və Pirşağı sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.