Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib


Dünya 08 Avq 2020 23:57:00 193 0

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Fransa ilə Gürcüstan arasında müntəzəm aviareyslər bərpa edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, uçuşlar Fransanın "Air France" aviaşirkəti tərəfindən həyata keçirilir.

Uçuşların "Airbus A320" və "Airbus A321" təyyarələri ilə həftənin çərşənbə və şənbə günləri Paris-Tbilisi, cümə axşamı və bazar günləri isə Tbilisi-Paris istiqamətində həyata keçiriləcəyi bildirilib.

Artıq 178 sərnişin Paris-Tbilisi istiqamətində hərəkət edib.