Mingəçevirdə birmərtəbəli ev yanıb


Digərləri 08 Avq 2020 22:53:00 228 0

Mingəçevirdə birmərtəbəli ev yanıb

Mingəçevir şəhərində ümumi sahəsi 250 m² olan bir dam altında tikilən 3 ailənin yaşadığı birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, içərisində 1 ədəd paltar dolabı və tavan 5 m² sahədə yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.