Azərbaycan nümayəndə heyəti Belarusda prezident seçkilərini müşahidə edir FOTO


Siyasət 08 Avq 2020 21:34:00 155 0

Azərbaycan nümayəndə heyəti Belarusda prezident seçkilərini müşahidə edir  FOTO

Bu gün MDB PA xətti ilə Belarusa prezident seçkilərində beynəlxalq müşahidəçi qismində səfər edən Azərbaycan parlamentariləri Belarus ictimai təşkilatlarının nümayəndələri ilə görüşlərdə iştirak ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, görüşdə Belarus Həmkarlar İttifaqları Federasiyasının, "Belaya Rus" Respublika İctimai Birliyinin və Belarusiya Gənclər Birliyinin nümayəndələri iştirak ediblər.

Belarus Respublika Gənclər Birliyinin Mərkəzi Nəzarət Komissiyasının sədri Yekaterina Petraşkeviç iclasdan əvvəl jurnalistlərə bildirib ki, Belarusiyadakı məntəqələrdə səsvermə prosesi Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilib.

Görüşlərdə Belarusda prezident seçkilərinə hazırlıq vəziyyəti, bütün namizədlərə seçkidə yardaılmış demokratik imkanlar və belarusyalıların öz iradəsini azad şəkildə ifadə edilməsinə yaradıldığı şərait haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində MDB Parlamentlərarası Assambleyası Azərbaycan Milli Məclisinin daimi nümayəndəsi, Şuranın Baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Azər Badamov, Naqif Həmzəyev, Arzu Nağıyev və Kamran Bayramov avqustun 9-da Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edir.