Urogenital kandidoz


Digərləri 08 Avq 2020 21:30:00 205 0

Urogenital kandidoz

Urogenital kandidoz - sinonomləri kandidamikoz, moniliaz, süd yarası və s. - maya göbələkləri tərəfindən törədilən sidik cinsiyyət uzvlərinin, dəri və selikli qişaların xəstəliyidir. Urogenital kandidozun rastgəlmə tezliyi 15%-dən 50%-ə qədər dəyişir. Xəstəliyi Candida albicans göbələyi törədir. Xəstəlik cinsi yolla keçir. Kandidozun yaranma səbəbləri aşağıdakılardır: 1. Göbələk florasının orqanizmə daxil olmasını təmin edən və qadın orqanizminin ümumi reaktivliyini zəiflədən ekzogen amillər 2. Orqanizmin mübadiləsini zəiflədən endogen amillər 3. Uzunmüddətli antibiotikterapiyadan sonra baş verən disbakterioz Təsnifatı: Kandidozun bir neçə forması ayırd edilir: *Səthi *Visseral *Disseminəolunmuş *Kandidoallergiya Bundan başqa başvermə müddətinə görə birincili və ikincili olaraq iki yerə bölünür. Klinikası: * Kəskin və yarımkəskin urogenital kandidoz; * Xroniki (residivləşən) urogenital kandidoz; * Kandidadaşıyıcılıq; Kəskin və yarımkəskin formalarında xəstəlik 2 aydan artıq sürmür. Xəstəliyin klinik əlamətləri qabarıq olur. Xronik formada isə xəstəlik 2 aydan artıq sürür. Diaqnostika: Diaqnoz klinik simptomatika, baxışın nəticələrinə görə zədələnmə nəticələrinə görə, zədələnmə ocagından götürülmüş yaxmalarda bakterioskopik, bakterioloji, immunioloji, immunoferment, ekspress-test sınaqları vasitəsilə törədicinin aşkarlanmasına əsaslanır. Müalicə: Genital kandidozun müalicəsi törədiciyə etiotrop təsir və orqanizmdə mikrobla şərtlənən dəyişiklikləri aradan qaldırılması istiqamətində aparılır.Kəskin formada yerli spesifikmüalicə aparılır.