Süni mayalanma üçün göstərişlər və əks göstərişlər


Digərləri 08 Avq 2020 21:01:00 169 0

Süni mayalanma üçün göstərişlər və əks göstərişlər

Süni mayalanma üçün göstərişlər: 1. Qadın sonsuzluğu - mütləq boru sonsuzluğu - endometriozla şərtləşmiş sonsuzluq - endokrin sonsuzluq - qeyri-müəyyən etiologiyalı sonsuzluq - servikal amillə şərtlənmiş sonsuzluq - yumurtalığın funksional yararsızlığı. 2. Kişi sonsuzluğu - II dərəcəli oliqoastenozoospermiya. Süni mayalanma üçün əks göstərişlər: 1. Hamiləliyin vaxtında sona çatması uçun əks göstərişlər olan somatik və psixi xəstəliklər. 2. Anadangəlmə anomaliyalar: uşaqlığın eynitipli inkişaf qüsurları ilə doğulmaları, uşağın xromosom qüsurları ilə doğulmaları, valideyinlərin birinin irsi dominant xəstəlikləri. 3. İrsi xəstəliklər. 4. Uşaqlığın və yumurtalıqların hiperplastik vəziyyətləri. 5. Uşaqlığın inkişaf qüsurları. 6. Uşaqlıq boşluğunun sinexiyası.