Sistit haqqında


Digərləri 08 Avq 2020 20:35:00 212 0

Sistit haqqında

Sistit - sidik kisəsinin selikli qişasının iltihabı xəstəliyidir. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20-25 faizi müxtəlif formada sistit keçirirlər, 10 faizi isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər - sistit kişilərin 0.5 faizində olur.

Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür, bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də onun səbəbi olur.

Sistitə meylliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır:

- sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məsələn, oturaq işdə (kompyuter arxasında durmadan 4-6 saat işləmək), tez-tez və uzunmüddətli qəbzliklər, uzun müddət dar paltar, alt paltarı və corab geymək; immunitetin enməsi; sidiklə çıxan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsi. Bu o halda baş verir ki, əgər siz çox kəskin qida və qızardılmış qidanı böyük miqdarda ədviyyatla qəbul edirsiniz.

- menopauza, diabetlə bağlı maddələr mübadiləsinin pozulması xəstəlikləri.

Həkimlər həmçinin, interstisial sistiti fərqləndirirlər. O sistemli xəstəliklərə aiddir və iltihab səbəbi mikroblar deyil, immun sisteminin işinin pozulmasıdır. Gecikmiş interstisial sistit sidik kisəsi xorasına çevrilə bilər.

Simptomlar Kəskin sistit üçün tez-tez sidiyə getmək xarakterikdir, sidik kisəsi və aralıq nahiyəsində kəskin ağrılar olur, qanaxma ola bilər. İltihab prosesi nə qədər güclü olarsa, bir o qədər də sidiyə getmə siqnalları tezləşər və ağrılar kəskinləşər. Kəskin sistitin ağır formalarında adam gecə-gündüz 15-20 dəqiqədən bir sidiyə getməyə məcbur olur. Ağır hallarda bədən temperaturu qalxır, ürəkbulanma, qusma olur.

Sistitdə hökmən cinsi əlaqə ilə bağlı problemlər olur. Əgər xroniki sistitdə xoşagəlməz hissiyyatlar oyanırsa, kəskin sistitdə simptomlara dözmək olmur. "Bal ayı" sistiti anlayışını nahaq yerə fikirləşməyiblər.