Qoltuqaltı spreylər, dezodorantlar qorxuludur?


Digərləri 08 Avq 2020 20:10:00 162 0

Qoltuqaltı spreylər, dezodorantlar qorxuludur?

Tər əleyhinə qoltuqaltına gündəlik istifadə olunan vasitələrin (antiperspirantlar) ziyanları barədə daimi olaraq müzakirələr açılır. Bu vasitələrin əsasən də qadınlar üçün, süd vəziləri, qoltuqaltı limfa düyünlərinı görə təhlükəli olduğu bildirilir. Hətta süd vəzi xərçənginin, digər xəstəliklərin yayılmasında rolunun olduğu bildirilir.

Qoltuqaltı spreylər, dezodorantlar qorxuludurmu? Bunlar süd vəzi xərçəngi yaradırmı?

Son.az e-tibb.az-a istinadən mammoloq-radioloq, Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və terapiyası kafedrasının əməkdaşı Günel Qəmbərovanın bu suallara cavabını təqdim edir:

Bununla bağlı verilən suallar səbəbsiz deyildir, qoltuqaltı spreylərin tərkibində alüminium olduğu üçün insanlar arasında süd vəzi xərçəngi yaradacağı haqa bir fikir vardır. Sprey və dezodarantların tərkibində olan ekoloji kristallar və kvas da alüminium tərkibdədir.

Əziz insanlar, heç bir şirkət xərçəng yaratmaq ehtimalı olan dezodarant istehsal etmir. 2014-cü ildə Böyük Britaniya alimləri bu fikri tamamən rədd etdi. SCCS (İstifadəçilərin Təhlükəsizlik Komitəsi) 2020-ci ilin mart ayında son 5 ildə apardığı elmi tədqiqat işlərinin nəticəsi kimi dezodarant, pomada və spreylərdə istifadə olunan alüminiumun xərçəng yaratmaq ehtimalının, gündəlik qida rasionunmuzdan orqanizmimizə daxil olan konservantlar (xərçəng yaradan əlavələr) qədər qorxulu olmadığını qeyd edib.