Uşaqsalma


Digərləri 08 Avq 2020 19:35:00 167 0

Uşaqsalma

Uşaqsalma- təbii abort kimi tanınan bir prosesdir. Bu proses dölün sərbəst inkişaf dövrünə  baş verir (hamiləliyin 20-ci həftəsinə qədər).

Erkən uşaqsalma hamiləliyin ilk 3 ay dövründə baş verir və bu 10-30% qadınlarda baş verən haldır. Bu hal hətta o qədər erkən bir dövrdə baş verə bilər ki, qadın hətta hamilə olduğunu hiss etməz. Belə əlamətlər hətta erkən uşaqsalma hesab edilə bilməz, sadəcə ağrılı bir menstruasiya kimi keçib gedər.

Erkən uşaqsalmanın səbəbləri:

rüşeym, döl və plasentanın qüsuru; qulaqdibi (svinka), məxmərək, qızılca kimi infeksion xəstəliklər; hormonal pozuntu (progesteron-lazımlı hormonların çatışmazlığı); otoimmun reaksiyaları - ananın immun sisteminin dölü zədələməsi. Gecikmiş uşaqsalma:

-plasenta və uşaqlıq boynunun patalogiyası;

-siqaret tüstüsü, spirtli içkilər, müəyyən dərman preparatları, eləcə də bir sıra zəhərli maddələr.

Əlamətləri

-davamlı vaginal axıntılar;

-qarının aşağı hissəsində yaranmış ağrılarla bərabər qanaxmalar, bəzən bel nahiyəsində küt ağrılar;

- vaginal axıntılar zamanı qan laxtaları.