Baş nazirdən magistratura və rezidentura ilə bağlı


Digərləri 08 Avq 2020 19:24:00 162 0

Baş nazirdən magistratura və rezidentura ilə bağlı

Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın, "Rezidenturada həkimmütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədənb düşmüş bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilib.

Son.az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda aşağıdakı dəyişikliklər edilib:

1. "1. Təhsil ixtisasları qrupu" bölməsinin "060119 Pedaqogika" ixtisasına "- Təhsildə qiymətləndirmə və monitorinq" sətrindən sonra "- Təlim və tədrisin təşkili və metodikası" sətri əlavə edilsin.

2. "2. Humanitar və sosial ixtisaslar qrupu" bölməsinin "060212 Hüquqşünaslıq" ixtisasına "- Turizm hüququ" sətrindən sonra "- Beynəlxalq iqtisadi hüquq" sətri əlavə edilsin.