Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 158ə çatıb


Dünya 08 Avq 2020 18:58:00 180 0

Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 158ə çatıb

Avqustun 4-ü Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, partlayışda ölənləin sayı 158 nəfərə çatıb, 6 mindən artıq insan xəsarət alıb.

Bildirilir ki, 21 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində yüzlərlə ev və bina dağılıb və ya zərər görüb, 300 mindən artıq insan evsiz qalıb. Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.

Partlayışla əlaqədar avqustun 6-sı limanın direktoru da daxil olmaqla, liman administrasiyasının 16 məmuru saxlanılıb.