ABŞda son sutkada COVID19dan 1 243 nəfər ölüb


Dünya 08 Avq 2020 18:42:00 130 0

ABŞda son sutkada COVID19dan 1 243 nəfər ölüb

ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasından 1 243 nəfər vəfat edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində ABŞ-da 58 173 yeni yoluxma qeydə alınıb. 

ABŞ-da indiyədək 4 942 746 nəfər koronavirus infeksiyasına yoluxub, 161 mindən çox xəstə ölüb.

ABŞ-da 1,6 milyondan çox insan xəstəlikdən sağalıb.