O gün yetişdi! Oleq Qridnev hazır olan ilk koronavirus peyvəndi haqda danışdı


Digərləri 08 Avq 2020 15:12:00 257 0

O gün yetişdi! Oleq Qridnev hazır olan ilk koronavirus peyvəndi haqda danışdı

Rusiyada koronavirusa qarşı peyvəndin qeydiyyatı avqustun 12-də baş tutacaq və bu preparat peyvəndləmənin ilkin mərhələsində birinci olaraq tibb işçilərinə və yaşlı sakinlərə veriləcək. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirinin müavini Oleq Qridnev bildirib.

"Qamaleya Mərkəzində hazırlanmış peyvəndin qeydiyyatı avqustun 12-də baş tutacaq. Hazırda son, üçüncü mərhələ gedir. Onun sınaqları çox vacibdir. Vaksinin təhlükəsiz olmasının zəruriliyini başa düşməliyik. Birinci olaraq tibb işçiləri və yaşlı insanlar peyvənd olunacaq", - Qridnev Ufa şəhərində onkologiya mərkəzinin korpusunun açılışı zamanı jurnalistlərə deyib.

O qeyd edib ki, əhalidə immunitet formalaşanda mütəxəssislər bu preparatın effektivliyini qiymətləndirə biləcəklər.

Koronavirus peyvəndinin hazırlanması

Bir qədər əvvəl Rusiyanın Səhiyyə naziri Mixail Muraşko ölkədə kütləvi peyvəndləmənin başlanmasını oktyabra planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bütün xərclər dövlət büdcəsindən ödəniləcək.

Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınaqları iyunun 18-də Seçenov Universitetində başlayıb.