Tükənmişlik sindromu nədən yaranır və necə aradan qaldırmaq olar?


Digərləri 08 Avq 2020 15:18:00 237 0

Tükənmişlik sindromu nədən yaranır və necə aradan qaldırmaq olar?

Müasir dövrün sürətlə yayılan xəstəliyi tükənmişlik sindromudur. Bəzən insanlar bunu depressiya ilə qarışdırır.

Son.az Axşam.az-a istinadən tükənmişlik sindromunun əlamətlərini, yaranma səbəblərini, ondan qorunmağın yollarını təqdim edir:

Ağır iş rejimi, gerçək olmayan hədəflər, uğursuzluq, yüksək tələblər, stres tükənmişlik sindromuna səbəb olan amillərdir. Səhərlər yuxulu, tam dincəlməmiş oyanmaq, geyinmək və səhər yeməyinə həvəssizlik, bədbəxt, çarəsizlik, əsəbi olmaq tükənmişlik sindromlarına daxildir.

Zaman keçdikcə içinizdə nifrət hiss çoxalır. Duyğusallaşır, ətrafınızdakıları görmək istəmir və hamıya nifrət etməyə başlayırsınız. İkinci mərhələdə yorğun olursuz. Yuxusuzluq başlayar, işləməkdən qaçırsınız. Üçüncü mərhələdə məsuliyyətsi olur, özünü olduğun yerə layiq görməməyə başlayırsan. Dördüncü mrhələdə isə çarəsizləşir, nifrət duyğusu oyanır, özünü və başqalarını bəyənmirsən.

Tükənmişlik sindromunu artıran faktlar

İş idarəçiliyinin sizin əlinizdə olmaması. İşə gediş-gəliş saatlarının rəsmi olması.

İş yerində münasibətlərin yaxşı olmaması. İnsanlar arasında rahatsızlıq, dostluqların yox olması.

Tapşırıqların yerinə yetirilməməsi, bacarıqsızlıq. İş yerinin etik anlayışlarının sizə uyğun olmaması.