Parlamentin iclasına mini ətəkdə qatılan deputat sərt tənqidə tuş gəldi


Digərləri 08 Avq 2020 15:09:00 308 0

Parlamentin iclasına mini ətəkdə qatılan deputat sərt tənqidə tuş gəldi

Cənubi koreyalı deputat Ryu Hoçjonun parlamentin iclasına mini ətəkdə gəlməsi tənqidə və ictimai müzakirələrə səbəb olub.

Son.az oxu.az-a istinadən bildirir ki, 27 yaşlı R.Hoçjon parlamentin ən gənc deputatıdır.

Qadın millət vəkili onu tənqid edənlərə cavabında qeyd edib ki, parlamentin nüfuzu və fəaliyyəti millət vəkillərinin geyiminə görə qiymətləndirilməməlidir.

O əlavə edib ki, tənqidlərə rəğmən, bəyəndiyi geyimdə parlamentin iclaslarında iştirak etməkdə davam edəcək.

R.Hoçjonun təmsil olunduğu "Ədalət partiyası" da hadisəyə münasibət bildirib.