İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır


Dünya 08 Avq 2020 14:54:00 159 0

İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır

İranda ötən sutka ərzində daha 132 nəfər koronavirusdan (COVID19) ölüb və bu ötən günlərlə müqayisədə ölüm hallarının azaldığını göstərir.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bu barədə Trend nazirliyə istinadən məlumat verir.

Beləliklə indiyədək İranda bu virusdan ölənlərin sayı 18 264 nəfərə çatıb.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda daha 2 125 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 324 692 nəfərə yüksəlib.

Nazirlik rəsmisi İranda indiyədək 282 122 nəfərin koronavirusdan sağaldığını deyib.

Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunur.

İranda indiyədək 2,66 milyondan çox diaqnoz testi həyata keçirilib.