Somalinin paytaxtında güclü partlayış törədilib


Dünya 08 Avq 2020 14:07:00 160 0

Somalinin paytaxtında güclü partlayış törədilib

Somalinin paytaxtı Moqadişoda hərbi baza yaxınlığında güclü partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub. Daha 14 nəfər yaralanıb.

Qeyd olunur ki, hadisə intiharçı terrorçunun hərbi baza yaxınlığında partlayıcı ilə dolu avtomobili partlatması nəticəsində baş verib. Partlayışla əlaqədar məsuliyyəti üzərinə götürən olmayıb.