Sevgilisi Tülin Şahini məhkəməyə verdi


Digərləri 08 Avq 2020 13:59:00 149 0

Sevgilisi Tülin Şahini məhkəməyə verdi

Portuqaliyalı iş adamı Pedro de Noronha məhkəməyə müraciət edərək model Tülin Şahindən şikayət edib.

Son.az axşam.az-a istinadən bildirir ki, o, tülinin qızları Siena Leylayı ona göstərmədiyini bildirib.

Şahin ötən il apreldə Noronhanla Portuqaliyada nikah masasına oturduğunu açıqlamışdı. Model hamilə olduğunu demiş və noyavrda qızları dünyaya gəlmişdi.

İş adamı məhkəməyə müraciət edərək Tülinlə rəsmi nikahlarının olmadığını, münasibətlərinə də son qoyduqlarını deyib. Pedro onu da əlavə edib ki, xaricdə yaşadığı üçün dəfələrlə qızını görüntülü zənglə görmək istəyib. Amma model buna imkan verməyib. Nəticədə Noronha Şahinlə bağlı rəsmi şikayət ərizəsi yazıb.