İstirahət günü Bakıda 33, rayonlarda 38 dəcəyədək isti olacaq


Digərləri 08 Avq 2020 13:24:00 168 0

İstirahət günü Bakıda 33, rayonlarda 38 dəcəyədək isti olacaq

9 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata görə, 9 avqustda Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.