Ermənistanda koronavirusa yoluxanların sayı
Dünya 08 Avq 2020 13:04:00 151 0
Ermənistanda koronavirusa yoluxanların sayı 40 185 nəfərə çatıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 200 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 8 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 785 nəfər koronavirusdan ölüb, 6 777 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.
Mənbə: milli.az