Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib


Dünya 08 Avq 2020 12:34:00 159 0

Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib

Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 5 212 nəfər virusa yoluxub, 129 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 882 347 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 14 854 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 690 207 nəfər virusdan sağalıb, 177 286 nəfərin müalicəsi isə davam edir.