Yaqut Qarayeva ölən tibb işçiləri haqda danışdı: "Təəssüf ki..."


Digərləri 08 Avq 2020 12:29:00 183 0

Yaqut Qarayeva ölən tibb işçiləri haqda danışdı: "Təəssüf ki..."

İndiyədək COVİD-19-dan ölən tibb işçiləri daha çox təcili tibbi yardım sahəsində çalışanlar olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, ölən tibb işçiləri arasında COVİD xəstəxanalarında çalışanların sayı az olub:

"Təəssüf ki, daha çox təcili yardımda çalışan işçilər arasında itkilərimiz olub. Virusa yoluxaraq həyatlarını itirən bütün tibb işçilərinin hamısının xatirəsi bizim üçün əzizdir. Hər bir həkimin müalicəsi dövlət rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır".