TƏBİB: Yoluxmanın yüksək olduğu ölkələrin təcrübələri daha çox öyrənilir


Digərləri 08 Avq 2020 12:15:00 142 0

TƏBİB: Yoluxmanın yüksək olduğu ölkələrin təcrübələri daha çox öyrənilir

Biz daha çox COVİD-19-a yoluxmanın yüksək olduğu ölkələrin mütəxəssisləri ilə əlaqədə olmağa çalışırıq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, yoluxmanın çox olduğu ölkələrin təcrübələri daha çox öyrənilir. Bu məsələ ilə bağlı postsovet ölkələrinin təcrübələrini öyrənmək üçün mütəxəssislərlə mütəmadi olaraq, onlayn görüşlər keçirilir.

Y.Qarayeva deyib ki, təcrübə mübadiləsi zamanı müalicə işinin təşkili, xəstəxanada işlərin təşkili məsələlərinə xüsusi diqqət ayrılır.