TƏBİB: Xaricdən həkimlərin Azərbaycana gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir


Digərləri 08 Avq 2020 12:06:00 150 0

TƏBİB: Xaricdən həkimlərin Azərbaycana gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir

Xaricdən həkimlərin Azərbaycana gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir.

Son.az Trend-ə istinadn xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, həmin ökələrin rəsmi nümayəndələri bu səfərlərin təşkiLində iştirak edirlər:

"Çox ölkələrdə yoluxmaların sayı azalır və vəziyyət nəzarət altındadır. Xüsusilə qeyd etmək istəyirəm ki, İtaliyadan gələn mütəxəssislər fərqli bölgələrdən gəliblər və onlar fərqli ixtisasa malikdirlər. Onların buraya gəlməsi bizə hansı yardım edə bilər - bütün bunların hamısı əvvəlcədən planlaşdırılır".