Metronun bağlı olması gün ərzində 600 min sərnişinin daşınmasını əngəlləyir


Digərləri 08 Avq 2020 11:51:00 153 0

Metronun bağlı olması gün ərzində 600 min sərnişinin daşınmasını əngəlləyir

Nəqliyyatda sıxlıq var, metronun bağlı olması gün ərzində 600 min sərnişinin daşınmasını əngəlləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, əgər əvəllər qarajlarda ehtiyat avtobuslar qalırdısa, bu gün heç bir avtobus qarajda saxlanılmır. Bütün avtobuslar xəttə buraxılır:

"Günün iki hissəsində sıxlıq daha çox olur. Əhalidən də xahiş edirik ki, əgər insanlar harasa tələsmirlərsə, planlarını elə qursunlar ki, pik saatlarda avtobuslardan istifadə etməsinlər. 1-2 saat planlaşmada dəyişiklik edilərsə, probelmin həllinə ciddi kömək etmiş olarıq".