Bizim əsas məqsədimiz yoluxmanın sürətinin azaldılmasıdır Prezidentin köməkçisi


Digərləri 08 Avq 2020 11:15:00 124 0

Bizim əsas məqsədimiz yoluxmanın sürətinin azaldılmasıdır  Prezidentin köməkçisi

"Gələn həftənin birinci günündən etibarən qeyri-ərzaq dükanları açılacaq və digər məhdudiyyətlər yumşaldılacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu nəticə etibarilə də digər ölkələrin də təcrübəsinə uyğundur. Yumşalmaya getdikcə risk artır, yoluxmalar artır, bunu digər ölkələrin təcrübəsində görürük. Yumşalmalara getdikcə yoluxmların artması mümkündür, böyük ehtimal ki, bu baş verəcək. Bizim əsas məqsədimiz yoluxmanın sürətinin azaldılmasıdır. Bunun üçün 3 əsas istiqamət var. Birincisi karantin rejiminin tələblərinə riayət etməkdir. Bu qaydalara riayət etsək yoluxma sürəti azalacaq:

"İkinci əsas istiqamət bu qaydalara nəzarətin həyata keçirilməsidir. Bu gün Baş nazir tərəfindən böyük bir iclas keçiriləcə və bu istiqamətdə tapşırıqlar veriləcək.

Üçüncü istiqamət isə yoluxanların tez müəyyənləşməsi aşkar edilməsidir".