Gürcüstanda dövlət bayraqları endirilib


Dünya 08 Avq 2020 10:49:00 174 0

Gürcüstanda dövlət bayraqları endirilib

Rusiya-Gürcüstan müharibəsinin 12-ci ildönümü tamam olur.

Son.az APA-ya istinadən xəbər verir ki, müharibə zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq hökumət administrasiyasında, prezident sarayında, parlament binasında, eləcə də bütün ölkə ərazisindəki inzibati binalarda, həmçinin ölkənin xaricdəki diplomatik korpuslarında dövlət bayraqları endirilib.

İldönümü ilə əlaqədar bir sıra beynəlxalq tədbirlərin təşkil edilməsi də planlaşdırılıb.

Qeyd edək ki, 2008-ci ilin 8 avqust tarixində başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Müharibə nəticəsində Gürcüstanın 170 hərbçisi, 408 mülki vətəndaşı həlak olub, 2 232 nəfər yaralanıb.