Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edildi


Dünya 08 Avq 2020 09:54:00 137 0

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edildi

Beyrut dəniz limanında baş vermiş partlayışla bağlı hüquq-mühafizə orqanları tərəfindən 19 nəfəri həbs edib

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Livanın LBCI telekanalı məlumat yayıb.

Bildirilib ki, Livan gömrüyünün keçmiş baş direktoru Şafik Merhi də istintaqa cəlb edilib. 

Qeyd edək ki, daha əvvəl liman administrasiyasının 16 vəzifəli şəxsinin tutulması barədə məlumatlar yayılmışdı. Hadisənin baş verdiyi gün dəniz limanı administrasiyasının bütün işçiləri ev dustaqlığında saxlanılmasına qərar verilmişdi. 

Xatırladaq ki, avqustun 4-də baş vermiş partlayış nəticəsində 154 nəfər ölüb, 5 minə yaxın insan zərər çəkib, onlarla insan itkin düşüb.