Sumqayıt əhalisinin sayı artıb


Digərləri 08 Avq 2020 10:39:00 174 0

Sumqayıt əhalisinin sayı artıb

Sumqayıtda yaşayan əhalinin sayı açıqlanıb.

Son.az xəbər verir ki, bu barədə APA-ya Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən məlumat verilib.

2020-ci ilin iyul ayının 1-nə olan statistikaya görə, Sumqayıt şəhər əhalisi 345,9 min nəfər olub.

Bu göstəricilərə əsasən Sumqayıt şəhərində 308,6 min nəfər, Hacı Zeynalabdin qəsəbəsində 23,6 min nəfər, Corat qəsəbəsində isə 13,7 min nəfər əhali yaşayır.

Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2000 nəfər və ya 0,6 faiz artıb.