Çində daha bir təhlükəli epidemiya yayılır


Dünya 08 Avq 2020 10:29:00 145 0

Çində daha bir təhlükəli epidemiya yayılır

Çinin şimalındakı Daxili Monqolustan muxtar rayonunda taun epidemiyası aşkar edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, son iki gün ərzində iki nəfər xəstəliyin qurbanı olub.

İnfeksiyanın qarşısının alınması üçün Bayan-Nur şəhərində yoluxmuş şəxsərlə əlaqədə olmuş onlarla sakin təcrid edilib. Şəhər ərazisində 2020-ci ilin sonunadək 3-cü dərəcəli epidemioloji təhlükə elan edilib.

Daha bir nəfər isə Baotou şəhərində vəfat edib. Onun bağırsaq taununa yoluxduğu müəyyən edilib.