“Hizbullah” lideri Beyrut partlayışı ilə heç bir əlaqələrinin olmadığını bildirib


Dünya 08 Avq 2020 09:44:00 126 0

“Hizbullah” lideri Beyrut partlayışı ilə heç bir əlaqələrinin olmadığını bildirib

"Hizbullah" lideri Həsən Nəsrullah rəhbərlik etdiyi təşkilatın Beyrut dəniz limanında baş vermiş partlayışla heç bir əlaqələrinin olmadığını bildirib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Şiə qruplaşmasının rəhbəri sözügedən limanın ərazisindəki anbarda onlara məxsus heç bir silah-sursat və ya maddi sübut olmayıb. 

O, partlayışı törədənlərin harada olduqlarından asılı olmayaraq, aşkar edilib cəzalandırılacağına ümid etdiyini söyləyib.