Koronavirusa qarşı peyvənd hazırdır


Dünya 08 Avq 2020 09:03:00 134 0

Koronavirusa qarşı peyvənd hazırdır

Rusiyada dünyada ilk olaraq COVİD-19 koronavirusuna qarşı peyvənd hazırlayıb.

N.F.Qamaley adına Rusiya Epidemioloji və Mikrobioloji Tədqiqatlar Mərkəzində hazırlanmış peyvənd avqustun 12-də rəsmi qeydiyyatdan keçiriləcək.

Son.az RBK-ya istinadən bildirir ki, hazırda son sınaqlar mərhələsi başa çatır. Peyvənd Rusiyada ilk əvvəl qocalara və səhiyyə sisteminin əməkdaşlarına vurulacaq.

Mərkəzin direktoru Aleksadr Ginzburqun dediyinə görə, peyvənd vurulandan sonra pasiyentdə bədən temperaturu qalxa bilər.