Bakıda çimərlikdə uşağı avtomobil vurdu


Digərləri 08 Avq 2020 08:53:00 129 0

Bakıda çimərlikdə uşağı avtomobil vurdu

Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Hövsan qəsəbəsindəki çimərlik ərazidə baş verib.

12 yaşlı Əliyev Fuad Emin oğlu yol kənarında olarkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya çatdırıb.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır və hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.