2021ci ilə qədər evdə: Feysbuk bütün işçilərinə lazımi texnikanı paylayacaq


Digərləri 08 Avq 2020 08:59:00 137 0

2021ci ilə qədər evdə: Feysbuk bütün işçilərinə lazımi texnikanı paylayacaq

Feysbuk əməkdaşları 2021-ci ilə qədər məsafədən işləyə biləcəklər.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət COVİD-19 pandemiyası fonunda işçilərinə evdən çalışmağa imkan verən ABŞ-ın sonuncu texnologiya nəhəngi olub.

"Səhiyyə ekspertlərinin tövsiyələri, eləcə də bu məsələlər üzrə daxili müzakirələrimiz zamanı qəbul edilən qərarlar nəzərə alınmaqla, işçilərin 2021-ci ilin iyul ayına qədər könüllü şəkildə evdən işləməyə davam etməsinə imkan verilir", - deyə şirkət nümayəndəsinin bəyanatında deyilir.

Bundan əlavə, Feysbuk hər əməkdaşına evdə ofis şəraitini yaratmaq üçün min ABŞ dolları ayıracaq.