Bakıda anqarda yanğın olub


Digərləri 08 Avq 2020 08:38:00 132 0

Bakıda anqarda yanğın olub

Bakıda anqarda yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən anqarda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb.