Bill Qeytsdən fəlakət anonsu Koronavirusdan da qorxuludur


Digərləri 08 Avq 2020 08:25:00 148 0

Bill Qeytsdən fəlakət anonsu  Koronavirusdan da qorxuludur

"Microsoft"un banisi Bill Qeyts nəticələri koronavirus pandemiyasının ziyanını üstələyəcək iqtisadi böhrandan xəbər verib.

Son.az ted.az-a istinadən bildirir ki, o, ən yaxın bir neçə onillikdə planetin iqlim dəyişikliyinin səbəb olacağı qlobal böhranla qarşılaşacağını proqnozlaşdırır.

"Pandemiya nə qədər ağır olsa da, iqlim dəyişikliyi daha da pis ola bilər", - milyarder öz bloqunda yazıb.

Bill Qeyts hesab edir ki, fəlakətdən qaçmaq üçün atmosferə istilikxana qazlarının tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır.

"Microsoft"un banisi koronavirus pandemiyası ilə ekoloji böhranın nəticələrini müqayisə edib. İnfeksiyadan ölüm sayı orta hesabla hər 100 000 əhaliyə 14 nəfər təşkil edib.