Türkiyədə daha bir zəlzələ olub


Dünya 08 Avq 2020 08:02:00 158 0

Türkiyədə daha bir zəlzələ olub

Türkiyənin Malatya vilayətində 3,8 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 04:29-da qeydə alınıb. Zəlzələnin episentri Pütürge rayonunda olub.

Zəlzələnin ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.