Moskvada koronavirusdan daha 14 nəfər ölüb


Dünya 08 Avq 2020 07:55:00 132 0

Moskvada koronavirusdan daha 14 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 14 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 14 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4 560 nəfərə çatıb.