Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib


Dünya 08 Avq 2020 07:35:00 147 0

Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib

Türkiyənin Bitlis vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə İdarəetmə Agentliyinin (AFAD) saytında məlumat verilib.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:20-də qeydə alınıb. Zəlzələnin episentri Bitlis rayonunda, ocağı isə 6,99 kilometr dərinlikdə yerləşib.

Dörd dəqiqə sonra eyni ərazidə 3,6 bal gücündə afterşokun qeydə alındığı bildirilir.