Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb


Dünya 08 Avq 2020 07:15:00 152 0

Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 813 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 185 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 238 450 nəfərə çatıb.