Hindistanda təyyarə qəzası: 20 ölü, 140 yaralı FOTO


Dünya 08 Avq 2020 06:44:00 148 0

Hindistanda təyyarə qəzası: 20 ölü, 140 yaralı  FOTO

Hindistanın Kojikode şəhərində (Kerala ştatı) Air India Express sərnişin təyyarəsinin sərt enişi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Hindustan Times" qəzeti yerli hakimiyyət orqanlarına istinadən bildirib..

"Flightradar24" xəbər portalının məlumatına görə, qəza enişi edən "Boeing 737" Hindistana Dubaydan (BƏƏ) uçuş həyata keçirib.  

"Airfleets" portalı təyyarənin 13 il əvvəl istehsal edildiyini açıqlayıb.

Məlumata görə, təyyarə əlverişsiz hava şəraitində eniş edib.

Bildirilib ki, təyyarənin komandiri və pilot ölənlər arasında olub. Hadisə nəticəsində 140-dan çox sərnişin yaralanıb, bəziləri ağır yaralanıb.

Bundan əvvəl NDTV kanalı 17 nəfərin ölüm xəbərini vermişdi.

Laynerin göyərtəsində ekipaj üzvləri daxil olmayaraq 184 nəfər (o cümlədən 10 körpə) olub.