Livandakı partlayış neft bazarına təsir edəcək?


Dünya 07 Avq 2020 22:01:00 155 0

Livandakı partlayış neft bazarına təsir edəcək?

Livandakı partlayış dünya neft bazarına təsir etməyəcək.

Son.az bildirir ki, bunu Trend-ə fransalı ekspert, Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

O bildirib ki, London beynəlxalq neft birjasında "Brent" markalı neftin 2020-ci il oktyabr fyuçersləri ötən gün 46 dollar/barelə yüksəldikdən sonra 45 dollara yaxınlaşıb:

"Amma bu, nisbətən yüksək qiymət Beyrutdakı partlayışın nəticəsi deyil. Neft qiymətlərinin artımının başlıca izahı ABŞ-da xam neft ehtiyatlarının kəskin azalmasıdır. ABŞ Enerji İnformasiyası Agentliyinin məlumatlarına əsasən, ölkədə xam neft ehtiyatları iyulun son həftəsində 7,4 milyon barel azalıb. Agentlik bu məlumatı bu həftə dərc edib və bu, neft bazarına müsbət təsir göstərib".

Ekspert qeyd edib ki, ABŞ-da neft ehtiyatlarının azalması ilə yanaşı, neft qiymətləri həm də pandemiya və ABŞ-la Çin arasında gərginliyin təzyiqinə məruz qalıb:

"Bu iki amil neft qiymətlərinin azalmasına gətirib çıxarır. Yeni "soyuq müharibə" artıq pandemiyadan əziyyət çəkən dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir".

F.Perren deyib ki, Beyrutdakı partlayış nə son günlərdə neft qiymətlərinə təsir edib, nə də gələcəkdə edəcək: